“WhatsApp”dan istifadəçilərə xoş olmayan yenilik

“WhatsApp”dan istifadəçilərə xoş olmayan yenilik

Cari ilin sentyabrında “WhatsApp”ın həmtəsisçisi Brayan Akton məlumat vermişdi ki, “Facebook”un baş direktoru Mark Zukerberq bu platformadan pul əldə etmək istəyir.
 
Maide.Az  ICTnews-a istinadən xəbər verir ki, indi isə “WhatsApp”ın vitse-prezidenti Kris Deniels yaxın vaxtlarda messencerdə reklam elanlarının göstəriləcəyi xəbərini təsdiq edib.
 
Məlumata görə, reklam elanları “WhatsApp” statusunda göstəriləcək.
 
Bu yaxınlarda dərc edilmiş maliyyə hesabatına əsasən, gün ərzində 450 milyondan çox aktiv istifadəçi statusları izləyir. Yaxın vaxtlarda messencerin “iOS” versiyası, daha sonra isə “Android” versiyasından istifadə edənlərə reklam göstəriləcək.
 
Maide.Az 

Google+ WhatsApp ok.ru