Əgər mədənin ağrımağını istəmirsənsə...

Əgər mədənin ağrımağını istəmirsənsə...

İmam Rza (ə) buyurur: “Hər kim mədəsinin ona əziyyət verməsini istəmirsə, yemək arasında su içməsin”.
 
 
Mədənin insanın üzərində olan haqqını tanıyaq.
 
İmam Səccad (ə) buyurur: “Mədənin sənin üzərində olan haqqı odur ki, onu haram şeylərin qabı – istər az olsun, istərsə də çox – qərar verməyəsən. Bəlkə halal şeylərdə də qənaət edəsən və ehtiyacın olan qədərini istifadə edəsən”.
 
 
Balıq yeməyin isə insana xüsusi faydası var.
 
İmam Kazım (ə) buyurur: “Ət yemək, bədəndə ətin əmələ gəlməsinə səbəb olar. Ancaq balıq yemək bədənin ətini əridər və cismi arıq edər”.
 
 
Aclıq – nəfslə mübarizədə ən yaxşı yardımdır.
 
İmam Əli (ə) buyurur: “Aclıq – nəfsi əsarətə almaq və pis adətləri sındırmaq üçün ən yaxşı yardımdır”. (Tebyan)
 
 
 
Şeytanın (lən) yolunu aclıqla bağlayın.
 
İmam Əli (ə) buyurur: “Şeytan, Adəm övladının qanında axmaqdadır. Onun keçid yollarını aclıq və susuzluqla daraldın”.
 
 
İnsanın xoşbəxtliyi də əzalarına nəzarətlə əlaqəlidir.
 
İmam Səccad (ə) buyurur: “İnsanın səadət və xoşbəxtliyi – bədən üzvlərini və əzalarını hər cür çirkin əməldən qorumaqdır”. /deyerler.org /
 

Google+ WhatsApp ok.ru