Əli Kərimli sərbəst buraxıldı- Onu 2500 manat məbləğində cəriməliyiblər

Əli Kərimli sərbəst buraxıldı- Onu 2500 manat məbləğində cəriməliyiblər

AXCP sədri Əli Kərimli ilə birlikdə saxlanılanlar bəziləri barəsində məhkəmə qərar çıxarıb.
 
Maide.Az "Azadlıq.org" saytına istinadla xəbər verir ki,AXCP sədri Əli Kərimli də sərbəst buraxılıb. O 2 min 500 manat cərimə edilib.
 
Digər saxlanılanlar  Ramid Nağıyev, AXCP təşkilat şöbəsi – İXM 513.2 maddə- 400 manat cərimə
 
Sərdar Qubadsoy, Xətai şöbəsi – İXM 513.2 maddə- 400 manat cərimə
 
Fatimə Mövlamova, blogger – İXM 513.2 maddə- 500 manat cərimə
 
Nurlan Libre, Kanal13 internet televiziyasının əməkdaşı – İXM 513.2 maddə- 500 manat cərimə
 
Qeyd edək ki, Noyabrın 17-də Milli Dirçəliş günü ilə bağlı Milli Şura rəhbərliyi və fəallar Şəhidlər Xiyabanına gediblər.Əllərində qərənfillər olan bu insanlar Milli Dirçəliş günü münasibəti ilə Şəhidlər Xiyabanını ziyarət edəcəklərini açıqlamışdılar. Amma polis buna imkan verməyib. Başda Milli Şura sədri Cəmil Həsənli, bu quruma daxil AXCP sədri Əli Kərimli olmaqla onlarla şəxsi Səbail Rayon Polis İdarəsinə gətiriblər. Gecə saatlarında C.Həsənli və bəzi fəallar sərbəst buraxılıblar. Amma Ə.Kərimli və daha 10 nəfər buraxılmamışdı.
 
Saxlananlar İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə günahlandırılırlar. Orada söhbət yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri, piketlər ilə bağlı «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanun ilə müəyyən edilmiş qaydaların pozulmasından gedir. Həmin maddələr 3 min manata qədər cərimə, 240 saata qədər ictimai işlər və 2 aya qədər həbs cəzası nəzərdə tutur. /azadliq.org /

 

Google+ WhatsApp ok.ru