Ən çirkli havası olan ölkələr

Ən çirkli havası olan ölkələr

Ən çirkli havası olan ölkələr Nepal və Hindistandır.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Çikaqo Universitetinin Energetika Siyasəti İnstitutunun apardığı araşdırma göstərir.
 
Qeyd olunur ki, bu ölkələrdə havanın çirklənməsi yerli sakinlərin ömrünün təqribən 4 il azalmasına səbəb olur.
 
Hindistanın Bihar və Uttar-Pradeş ştatlarında havanın çirklilik dərəcəsi daha yüksəkdir. Burada insanların ömrü 6 il qısalır.
 
Araşdırmada bildirilir ki, dünyada təxminən 5,5 milyard nəfər havanın çirklilik səviyyəsinin Dünya Səhiyyə Təşkilatının normalarını aşdığı regionlarda yaşayır. Asiya qitəsi bu göstərici üzrə birincidir.
 

Google+ WhatsApp ok.ru