Əfqanıstanda ölənlərin sayı 65-ə çatıb

Əfqanıstanda ölənlərin sayı 65-ə çatıb

Kabildə Həzrət Məhəmməd Peyğəmbərin (s) mövlud mərasiminə hücum zamanı azı 65 nəfər şəhid olub, 100-dən çox adam yaralanıb.
 
Maide.Az Əfqanıstan KİV-lərinə istinadən xəbər verir ki, hakimiyyət intiharçı hücumuna görə cavabdehin müəyyənləşdirilmədiyini bildirir, Taliban isə bu hücumda əli olmadığını deyib.
 
Qurbanlar içində Əfqanıstanın hər yerindən Üləma Şurası tərəfindən dəvət olunmuş sünni din xadimləri var. 
 
“Hal-hazırda hücumun arxasında hansı silahlı təşkilatın durduğunu bilmirik. Təhqiqat ilkin mərhələdədir”, – hadisə yerində olan aparıcı müstəntiq noyabrın 21-də deyib.
 
Ölkənin ən böyük dini təşkilatı olan Üləma Şurası sünni məzhəbindən alimləri özündə birləşdirir.
 
Prezident Ashraf Ghani noyabrın 21-də milli matəm günü elan edib.
 
Birləşmiş Ştatların Kabildəki səfiri John Bass tvitində “terror hücumundan kədərləndiyini” yazıb.
 
BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) ölkədəki “icmalar xüsusi dini günü qeyd edərkən Kabildə törədilmiş hücumdan qəzəbləndiyini” bildirib.
 
Əfqanıstanda gələn il aprelin 20-də prezident seçkisi keçirilməlidir. Khalilzad həmin günü müharibəni bitirməkdən ötrü son tarix qoyub. Ancaq son vaxtlar ölkədə təhlükəsizlik durumu daha da pisləşib. NATO 2014-cü ildə döyüş əməliyyatlarını dayandırandan durum gərginləşib.
 

Google+ WhatsApp ok.ru