Əfqanıstanda azı 20 nəfər polis əməkdaşı öldürülüb

Əfqanıstanda azı 20 nəfər polis əməkdaşı öldürülüb

Əfqanıstanın qərbində Farah vilayətində polis karvanı pusquya düşüb, azı 20 polis əməkdaşı öldürülüb. Xəbəri “The Associated Press” xəbər agentliyi yayıb.
 
Vilayət şurasının üzvü Dadullah Qaneh bu gün – noyabrın 26-da deyib ki, hücum ötən gün baş verib.
 
Hücumda bir neçə yüksəkçinli polis zabitinin yaralandığı xəbər verilir.
 
Polis karvanı Laş va Juvayn vilayətinə, yeni polis rəisini təqdim etməyə gedirmiş. Hücumda yeni rəis də həlak olub.
 
Hücuma görə məsuliyyət Taliban qruplaşması üzərinə götürüb.
 
2014-cü ildə NATO əsgərləri Əfqanıstandan çıxandan təhlükəsizlik qüvvələri Taliban və digər yaraqlı qruplaşmalarla mübarizə aparır.
 
Prezident Ashraf Ghani ayın əvvəlində demişdi ki, 2015-ci ilin əvvəlindən 29 min əfqan polis əməkdaşı və əsgəri həlak olub. Onlar məhz həmin dönəmdən ölkənin təhlükəsizliyi üçün tam məsuliyyət daşımağa başlayıblar.
 
Prezident bu müddətdə 58 amerikalının həlak olduğunu da qeyd edib. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru