Əfqanıstanda prezident, parlametn və şura seçkiləri eyni vaxtda keçiriləcək

Əfqanıstanda prezident, parlametn və şura seçkiləri eyni vaxtda keçiriləcək

Əfqanıstan Müstəqil Seçki Komissiyasının təklifi ilə 2019-cu ilin oktyabr ayının 14-də bu ölkədə 4 seçki eyni vaxtda keçiriləcək. 
 
Maide.Az  Əfqanıstanın “8am” agentliyinə istinadən xəbər verir ki,  Müstəqil Seçki Komissiyası seçkilərin 2019-cu ilin oktyabr ayında keçirilməsi ilə bağlı qərarı  seçkiyə nəzarət qurumları,  siyasi partiyalar və digər aidiyyatı təşkilatlarla məsləhətləşmələr apardıqdan sonra verib. 
 
Komissiyanın layihəsinə əsasən, Qazni parlament seçkiləri, prezident seçkiləri, vilayətlər üzrə şura və bölgələr üzrə şura seçkiləri eyni zamanda keçiriləcək. 
 
Seçkilərin ilkin nəticələrinin 1 noyabr 2019-cu ildə açılacağı bildirilib. 
 

Google+ WhatsApp ok.ru