“İslami Vəhdət” konfransı yekun bəyanatını verib: İsraillə əlaqələri normallaşdırmaq olmaz

“İslami Vəhdət” konfransı yekun bəyanatını verib: İsraillə əlaqələri normallaşdırmaq olmaz

Yəmənə qarşı müharibə dayandırılmalıdır

“İsraillə əlaqələri normallaşdırmaq rədd edilir və dərhal Yəmənə qarşı müharibə dayandırılmalıdır”
 
Maide.az İran KİV-lərinə istinadla xəbər verir ki, bu tələblər Tehranda keçirilən “Beynəlxalq İslami Vəhdət” konfransının 32 toplantısının yekun bəyanatında irəli sürülüb.
 
Bildirilib ki, “Qüds ümmətin vəhdətinin əsasıdır” devizi altında keçirilən konfransın yekun bəyanatı əsasən Yəmən müharibəsinin dərhal dayandırılmasına habelə Qüdsün, Fələstinin və Suriya torpaqlarının işğalına göz yumaraq, İsraillə əlaqələri qurmağ siyasətinin tənqidinə köklənib.
 
100 ölkədən 300 din alimi, din xadimi, mütəfəkkir və ziyalının qatıldığı bu konfransda tələb olunub ki, İslam ümmətinin əsas problemi olan Fələstin üzərində köklənsinlər və onları təfriqəyə apara biləcək məsələləri haşiyəyə qoysunlar.
 
 

Google+ WhatsApp ok.ru