Əsgəreyn İmamlarının (ə) qabirləri üzərindəki örtüklərin təqdimatı keçirildi - FOTO

Əsgəreyn İmamlarının (ə) qabirləri üzərindəki örtüklərin təqdimatı keçirildi - FOTO

İranın İsfahan əyalətində Əsgəreyn İmamlarının (ə) pak qabirlərinin üzərinə salınacaq örtüklərin təqdimatı keçirilib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Əsgəreyn İmamları (ə) üçün hədiyyə olunacaq əsərlərin təqdimat mərasimi İsfahanın Əhli-Beyt (ə) İncəsənət Mərkəzində keçirilib. Mərasimdə çıxış edən Məhəmməd Hüseyn İranpur, İmam Həsən Əsgəri (ə), İmam Əliyyən Nəqi (ə), İmam Əliyyən Nəqinin qızı Həkimə Xatun və İmam Mehdinin (ə.f) anası Nərcis xatunun pak qəbirlərinin üzərinə salınacaq örtüklərin naxış, bəzəkli hissələrinin hazırlanmasında 6 min misqal qızıl sap, 8 min misqal gümüş sap, 10 min misqal qiymətli daşlarla istifadə olunduğunu deyib: “Bu dörd sənət əsəri üç il ərzində hazırlanmış və tikilmişdir. Örtüklər Quran ayələri və Peyğəmbərin (s) və Həzrət Zəhranın (s.ə) adları ilə bəzədilmişdir”.
 
Əsgəreyn İmamlarının (ə) hərəminə nəhəng bir xalçanın da hədiyyə olunacağını deyən İranpur, bu hədiyyələrin cari ilin dekabr ayının son günlərində İsfahanın rəssamları və xeyriyyəçiləri tərəfindən müqəddəs ziyarətgaha təqdim olunacağını bildirib. 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru