Şəkillər: Təbiətdə məzəli anlar

Şəkillər: Təbiətdə məzəli anlar

Bu il canlı aləmdə gülməli anları əks etdirən fotoşəkillər müsabiqəsində (Comedy Wildlife Photography Awards - 2018) əsas mükafata şoka düşmüş sincabın fotosu layiq görülüb.
 
Floridadan olan Mary McGowan-ın fotosu belə adlandırılıb: "Hadisə başında tutulan".
 
Təqdim olunmuş şəkillər arasında əsəbiləşmiş ayı, gülümsəyən köpəkbalığı və qucaqlaşan kərtənkələlər də var.
 
Mary McGowan-ın şoka düşmüş sincabın fotosu. O müsabiqənin qalibi olub, eləcə də Tamaşaçı seçimi və Qurudakı canlılar kateqoriyalarında mükafatlara layiq görülüb.
 
Shane Keena Havadakı canlılar kateqoriyasında mükafata layıq görülüb - bu şəkildə bayquş, deyəsən, gizlənpaç oynadığı zaman çəkilib.
 
 
Kamera üçün gülümsə! - Tanya Houpperman, Dəniz dibində kateqoriyasında göy köpəkbalığının bu şəklinə görə mükafata layiq görülüb.
 
Təəccüblənmiş bayquş - bu Hindistanın Kapurtala bölgəsində çəkilib. Fotonun müəllifi Arshdeep Singh Gənclər kateqoriyasında mükafata layiq görülüb.
 
Valtteri Mulkahainen Heyranedici fotolar kateqoriyasında Finlandiyada çəkilmiş qonur ayılar ailəsinin fotosuna görə mükafata layiq görülüb.
 
"Tərifə layiq" fotolar
 
Tovuz quşunun lələklərini taxmış kimi görünən kərgədan. Hindistanın Gorumara Milli Parkında Kallol Mukherjee tərəfindən çəkilmiş bu foto yüksək tərifə layiq görülüb.
 
Əsəbiləşmiş ayı - bu fotonu Danielle D'Ermo Alyaskada çəkib.
 
Fotoqraf peşəsinə yiyələnmək istəyən bu ağ ayını Roie Galitz Svalbard-da lentə alıb.
 
Bu sincabsa şpaqat edən zaman Geert Weggen tərəfindən çəkilib.
 
Bir sığır o biri sığıra dilini göstərir - bu foto Barney Koszalka tərəfindən ABŞ-ın Wyoming ştatında çəkilib.
 
Bu şəkil Sergev Savv tərəfindən Şri Lanka-nın Wilpattu məntəqəsində çəkilib.
 
Sergey Savvi-nin Tailandın Kaeng Krachan Milli Parkında çəkdiyi şəkil: İki meymunun dramatik savaşı. /bbc /

Google+ WhatsApp ok.ru