‘Gücünüzü artırın ki, düşmən  bizi hədələməyə belə  cürət tapmasın’ – Ayətullah Xamenei

‘Gücünüzü artırın ki, düşmən bizi hədələməyə belə cürət tapmasın’ – Ayətullah Xamenei

“İran İslam Respublikasının heç kimlə müharibə başlamaq niyyəti yoxdur, lakin  öz hərbi gücünü o qədər artırmalıdır ki,  düşmən İrana qarşı hücum etməkdən qorxmaqla yanaşı,  onu  hədələməyi belə düşünməsin.” 
 
Maide.Az “leader.ir”saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei  Seyid Əli Xamenei  bu gün İran Hərbi Dəniz Qüvvələri günü münasibətilə dənizçilərlə görüşündə deyib. 
 
Ayətullah Xamenei bildirib ki, Silahlı Qüvvələrin həmişə hazırlığı və güclü olması düşmənin qorxusuna və  onların qarşısını almağa səbəb olur. “Bacardığınız qədər  gücünüzü artırın ki, İran düşmənləri  xalqı hədələməyə belə  cürət tapmasınlar.”
 
Görüşdən sonra Hərbi Dəniz Qüvvələrinin zabitləri və əsgərləri Ali Rəhbər Ayətulah Xamenei ilə birlikdə camaat namazı qılıb. 

 

Google+ WhatsApp ok.ru