Əhali xərclərinin 45,9 faizi ərzağa yönəldib

Əhali xərclərinin 45,9 faizi ərzağa yönəldib

2018-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünə nisbətən 2,7 faiz artaraq 32,4 milyard manat olub, deyə Dövlət Statistika Komitəsi bildirir.
 
Ticarət dövriyyəsinin 16 mlrd 272,7 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 mlrd 164,1 milyon manatı qeyri-ərzaq məhsullarının payına düşüb.
 
Satılan məhsulların dəyəri ötən ilin eyni dövründəkindən ərzaq məhsulları üzrə 2,2 faiz və qeyri-ərzaq üzrə 3,3 faiz çoxdur.
 
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 300,4 manat olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 149,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.  /contact.az /
 

 

Google+ WhatsApp ok.ru