‘İraq Hava Yolları’nın Azərbaycanda filialı açıldı

‘İraq Hava Yolları’nın Azərbaycanda filialı açıldı

“İraq Hava Yolları” aviaşirkəti Azərbaycanda öz filialını açıb.
 
Maide.Az bildirir ki, Trend bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinə istinadən məlumat verir.
 
Məlumata əsasən, filial 2018-ci il oktyabrın 30-u Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində qeydiyyata alınıb.
 
Şirkətin rəsmi nümayəndəsi İraq vətəndaşı Əbdülkərim Əhməddir.
 
Qeyd edək ki, “İraq Hava Yolları” 1945-ci ildə yaradılıb və Yaxın Şərqin ilk aviaşirkətlərindəndir.
 

Google+ WhatsApp ok.ru