Ən qısa gündüz, ən uzun gecə 21 Dekabr 2018 10:42 Ölkə Bu gecə Azərbaycana qış fəsli qədəm qoyacaq. Sputnik Azərbaycan Şamaxı Rəsədxanasına istinadən xəbər verir ki, qış fəsli ölkəmizə dekabrın 22-si saat 02:22:42-də daxil olacaq. Qış fəslində Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin an üfüqdən minumum hündürlükdə olur. Ən qısa gündüz, ən uzun gecə olur. Rəsədxana 2019-cu il üçün fəsillərin Azərbaycana gəlmə vaxtını da təqdim edib. Belə ki, martın 21-də Bakı vaxtı ilə saat 01.58-də yaz, iyunun 21-də saat 19.54-də yay, sentyabrın 23-də saat 11.50-də payız, dekabrın 22-də saat 08.19-da qış gələcək. Teqlər : #Ən,#qısa,#gündüz,#ən,#uzun,#gecə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları ilə bağlı Sərəncam qəbul edilib Qışın ilk gününün proqnozu açıqlanıb