İƏT Fələstin üçün humanitar yardım fondu təsis edəcək

İƏT Fələstin üçün humanitar yardım fondu təsis edəcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) fələstinli qaçqınlara yardım etmək üçün xüsusi fondun yaradılması üzrə təklif irəli sürüb.
 
Maide.Az "Felestin.info"a istinadla xəbər verir ki, iki gün öncə təşkilatın üzv dövlətlərdən ibarət ekspertlər komitəsi Ciddə şəhərindəki qərargahda Fələstin Vəqf Fondunun yaradılması üzrə zəruri detalları müzakirə ediblər. Bu barədə təşkilatın yaydığı rəsmi məlumatda deyilir.
 
Təşkilatın baş katibi Yusif əl-Useymin bildirib ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) maliyyə böhranı ilə üzləşməsi fələstinli qaçqınları humanitar, sosial və maddi çətinliklərlə üz-üzə qoyub. Əl-Useymin beynəlxalq ictimaiyyətə müraciət edərək tarixi, siyasi, hüquqi və insani borcu yerinə yetirməyə və fələstinli qaçqınların taleyinə ədalətli çözüm yolu ortaya qoymağa çağırıb.
 
İclasda vəqf fondunun əsasnamə layihəsi İslam İnkişaf Bankı tərəfindən təqdim edilib və gələn ilin martında Əbu-Dabidə keçiriləcək İƏT-in 46-cı sessiyasında müzakirə edilməsi qərarlaşdırılıb.
 

Google+ WhatsApp ok.ru