Əfqanıstanda hökumət binasına hücum 29 ölü, 23 yaralı var

Əfqanıstanda hökumət binasına hücum 29 ölü, 23 yaralı var

Əfqanıstanın paytaxtı Kabildə hökumət binasına terror hücumu olub.

Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, öncə binanın qarşısında avtombil partladılıb, daha sonra silahlı şəxslər içəri daxil olublar.

Hücum nəticəsində 29 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

Hadisə yerinə dərhal çoxlu sayda polis cəlb olunub və bina mühasirəyə alınıb. Əməliyyat nəticəsində 3 terrorçu öldürülüb. 357 nəfər isə binadan təxliyyə edilib.

Teraktın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Google+ WhatsApp ok.ru