Əfqanıstanda hökumət binasına hücum zamanı ölənlərin sayı 43 nəfərə çatıb - VİDEO - YENİLƏNİB

Əfqanıstanda hökumət binasına hücum zamanı ölənlərin sayı 43 nəfərə çatıb - VİDEO - YENİLƏNİB

(ilk xəbər 06:45 -də dərc olunub) 
 
Əfqanıstanın paytaxtı Kabildə hökumət binasına silahlı hücum nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb. 
 
Maide.Az "Report"a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Vahid Madjruha deyib. 
 
Bildirilir ki, hadisə zamanı daha 10 nəfər yaralanıb.
 
Qeyd edək ki, ölənlər və yaralananların əksəriyyəti mülki vətəndaşlardır. Onlar arasında habelə polis əməkdaşları da var.
 
Daha əvvəl hücum zamanı 29 nəfərin həlak olduğu, 23 nəfərin yaralandığı bildirilirdi.

Google+ WhatsApp ok.ru