Ərəb Parlamenti Qüdslə bağlı Çexiyaya xəbərdarlıq edib

Ərəb Parlamenti Qüdslə bağlı Çexiyaya xəbərdarlıq edib


Ərəb Parlamentinin spikeri Mişəl bin Fəhm əl-Səlami Çexiya hökumətinə müraciət edərək bu ölkəni İsraildəki səfirliyini Qüds şəhərinə köçürmək fikrindən daşınmağa çağırıb.

Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Fəhm əl-Salami Çexiyanın Nümayəndələr Palatasının spikerinə, Senatının prezidentinə və Xarici İşlər Nazirliyinə analoji məktublar göndərərək Çexiya tərəfdən belə bir addım atılmasına Ərəb Parlamentinin etirazını çatdırıb.

Məktublarda vurğulanıb ki, Çexiya prezidenti Miloş Zemanın ölkəsinin səfirliyini işğal altındakı Qüdsə köçürmək planı barədə açıqlamaları qəbuledilməzdir.

Qeyd olunub ki, hər hansı dövlətin öz səfirliyini işğal altındakı Qüds şəhərinə köçürməsi beynəlxalq hüquqa, BMT qətnamələrinə, həmçinin Qüdsün tarixi və hüquqi statusuna ziddir.

Əl-Səlami Çexiyanın Fələstinin hüquqlarını tanımaqda vaxtilə öncül dövlətlərdən olduğunu xatırladıb və rəsmi Praqanı belə bir ziddiyyətli addım atmaqdan çəkinməyə çağırıb.

Google+ WhatsApp ok.ru