‘Huawei’ şirkəti ‘iPhone’ işlədən işçilərini cəzalandırdı

‘Huawei’ şirkəti ‘iPhone’ işlədən işçilərini cəzalandırdı

“iPhone” şirkəti ilə rəqabətdə olan “Huawei” növbəti qalmaqalla gündəmə gəlib.
 
Maide.Az “Posta”ya istinadən xəbər verir ki, şirkətin Tvitterdəki rəsmi hesabında Yeni il təbriki mesajının “iPhone” smartfonu ilə yazıldığı ortaya çıxıb.
 
Bu səbəbdən şirkət açıqlama vermək məcburiyyətində qalıb. Təbrik mesajı hesabdan silindikdən sonra verilən açıqlamada həmin mesajı yazan işçinin kompüterdə VPN problem ilə üzləşdiyi və buna görə də “iPhone” istifadə etdiyi bildirilib.
 
Baş vermiş hadisəyə görə iki işçinin maaşı 728 dollar azaldılıb. Həmçinin, şirkətin rəqəmsal marketinq şöbəsinin əməkdaşlarının maaşları da 1 il ərzində kəsiləcək.
 

Google+ WhatsApp ok.ru