Şəhidə ‘həlak oldu‘ demək düzgündürmü?

Şəhidə ‘həlak oldu‘ demək düzgündürmü?

Şəhid Aqil Məlikov haqqında filmin çəkilişi zamanı müsahiblərdən biri maraqlı bir fikir söylədi. Bildirdi ki, SSRİ dövründə ümumiyyətlə şəhid sözü işlədilmirdi. Məsələn deyilirdi ki, “Mehdi Hüseynzadə qəhrəmancasına həlak oldu.” Amma biz sonradan başa düşdük ki, “həlak olmaq”la, “şəhid olmaq” arasında böyük fərq var. Hətta bu iki sözü bir-birinin yanında işlətmək olmaz. Səbəbini soruşanda isə yenə maraqlı bir cavab verdi. “Axı şəhidlər həlak olmurlar, onlar sağdır, Allah yanında ruzi yeyirlər.” Təbii ki, müsahibimin sözləri müqəddəs kitabımız olan Qurandan ayə idi. Amma…
 
İkinci dediyi söz bu söhbətimizə nöqtə qoydu. “Oğlum şəhidlik, qəhrəmanlıq məktəbi olan Kərbəladan və onun qalibi İmam Hüseyndən (ə) yadigardır. Bax ona görə Sovet rejimi bu sözü işlətməyə qoymurdu. Amma Qarabağ müharibəsi başlayanda Allah, Muhəmməd, ya Əli deyərək vətənimizi qorumağa gedən oğullarımız tarixi kökümüz olan İmam Hüseyn (ə) məktəbinə söykəniblər. Bilirsən oğul, bu elə bir yoldur, elə bir dəyərdir ki, nə qədər də üstünü bağlasalar, gizlətsələr də yenə öz həqiqi qiymətini onu dərk edənlərdən alacaq.”
 
Bu sözlər məni bir qədər də düşündürdü. Bir anlıq gözümün önündə uşaqlıqdan bu yana gördüyüm kadrlar canlandı. Hələ o zaman anama bu sualı ünvanlamışdım. Ağdam məscidinin qarşısında şəhidlərə ağı deyən analar əllərini sinələrinə çarpaz vuraraq “Şah Hüseyn, vay Hüseyn” deyirdilər. O zaman elə bilirdim ki, yəqin ölən adamın adı Hüseyndir. Amma anam o zaman mənə uşaq ağlımla başa düşəcəyim tərzdə izah etmişdi ki, bu tabutlarda olanlar şəhid olublar və Hüseyn (ə) də şəhidlərin komandiridir.
 
Ardınca Şəhid Mübarizi xatırladım. Bəli, onun son məktubunda yazdığı “bir seyid nəvəsi olaraq bunu etməliyəm” sözləri gözlərimdə canlandı. /mubarizim.com/
 

Google+ WhatsApp ok.ru