“Google Chrome” brauzerində zəhlətökən reklamlar bloklanacaq

“Google Chrome” brauzerində zəhlətökən reklamlar bloklanacaq

İstifadəçilər üzə çıxan pəncərə, səsli videoreklamlar və böyük bannerlərdən xilas olacaqlar.
 
Cari ilin iyulundan etibarən “Google Chrome” brauzerində tətbiq ediləcək reklam bloklama funksiyası bütün regionlarda əlçatan olacaq. Bu haqda internet şirkətinin rəsmi bloqunda məlumat verilib.
 
İlk növbədə ən aqressiv reklam növləri blok ediləcək: üzə çıxan pəncərələr, avtomatik işə düşən videolar, böyük bannerlər və geri sayım reklamları.
 
İndi bu imkan, hələ ki, ABŞ, Kanada və Avropada əlçatandır. / faktxeber /
 

Google+ WhatsApp ok.ru