′WhatsApp′ messencerində barmaq izinə görə autentifikasiya sınaqdan keçirilir

′WhatsApp′ messencerində barmaq izinə görə autentifikasiya sınaqdan keçirilir

“WhatsApp”, messencerinin təhlükəsizliyini barmaq izi ilə gücləndirir. Belə ki, istifadəçi sözügedən messenceri yalnız onun barmaq izi skaner tərəfindən oxunub tanındıqdan sonra aça biləcək. Bu haqda “WABetal Info” məlumat verib.
 
Yeni funksiyanı “Android” əməliyyat sisteminin “Marshmallow” və daha yeni versiyalarının idarəetməsi altında işləyən smartfonlarda dəstəklənəcək. Onu "Ayarlar"dan  aktivləşdirmək mümkün olacaq. Alternativ autentifikasiya üsulu kimi pin-kod təklif edilir.
 
Bu tətbiqi daha təhlükəsiz edəcək. Artıq siz mesajlarınızın oxunmasından narahat olmayaraq telefonunuzu ürək rahatlığı ilə başqasına verə biləcəksiniz.
 
Bu imkan artın iOS-larda sınaqdan keçib.  /Faktxeber /
 

Google+ WhatsApp ok.ru