‘YouTube’ bu növ videoların yüklənməsinə qadağa qoydu

‘YouTube’ bu növ videoların yüklənməsinə qadağa qoydu

“Meydan oxuma” (Challenge) videoları maraqlı görünsə də eyni zamanda təhlükəli olurlar. Məsələn, keçən il “Tide Pod Challenge” adlı fləşmob çərçivəsində gənclər paltaryuma vasitəsi kapsullarını yeyirdilər.

Maide.Az Technote-yə istinadən xəbər verir ki, 2019-cu ilin əvvəlində isə son zamanlar məşhurlaşmış Bird Box filmi üzrə challenge videoları yayılmağa başlayıb. Bu isə öz növbəsində insanların həyatlarının təhlükə altına atılmasına gətirib çıxarıb.
 
Belə ki, ABŞ-ın Yuta ştatında 17 yaşlı qız bu fləşmob çərçivəsində gözləri bağlı şəkildə avtomobil sükanı arxasına oturdu və avtomobili idarə etməyə başlayıb. Nəticədə qızın idarə etdiyi avtomobil qarşıdan gələn avtomobillərin xəttinə çıxaraq bir avtomobillə toqquşub və sonra yoldakı dirəyə dəyib.
 
“YouTube” administrasiyası isə bu cür aksiyaları dəstəkləmir və öz videoservisində bu cür təhlükəli kontentlərin yayılmasına qadağa qoyub. Beləliklə, videoservisin yenilənmiş qaydalarına əsasən videoservisin istifadəçiləri özlərinin və ya digərlərinin həyatlarını təhlükə altına atacaq ciddi tapşırıqların yerinə yetirlməsi videolarını videoservisə yükləyə bilməyəcəklər.

Google+ WhatsApp ok.ru