Əl-Əzhər şeyxinin ölkədən çıxması qadağan olundu

Əl-Əzhər şeyxinin ölkədən çıxması qadağan olundu

Misirin əl-Əzhər İslam Mərkəzinin rəhbəri  Şeyx Əhməd Təyyibin ölkədən çıxışı və xarici ölkələrə səfəri qadağan edildi. O, ölkə prezidentinin şəxsi icazəsi olmadan heç bir xarici səfərə gedə bilməz.
 
Maide.Az “İQNA”a istinadən xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi gözlənilməz və analoqsuz bir fərmanla  ölkənin baş naziri, parlament nümayəndələri, müstəqil heyət və təşkilatların rəhbərləri, təhlükəsizlik idarələrinin məsulları və dövlət rəsmilərinə icazəsiz xarici səfərlərə çıxmağı qadağan edib.
 
Bu fərman dövlət idarələrində, nazirliklərdə rəhbər vəzifələrdə çalışanlara və həmçinin nazirlər şurasının üzvləri, o cümlədən əl-Əzhər İslam Mərkəzinin şeyxi Əhməd Təyyibə də aiddir.  
 
Misir prezidenti Əbdülfəttah əs-Sisinin gözlənilməz qərarı ictimai və siyasi aktivistlərin və sosil şəbəkə istifadəçilərinin etirazı ilə qarşılanın. Onlar bu qərarı hakimiyyətin bütün orqan və təşkilatları öz nüfuzu altına keçirməsi kimi qiymətləndirib.
 
 

Google+ WhatsApp ok.ru