‘Facebook ’ casusluq müqabilində istifadəçilərə pul ödəyəcək

‘Facebook ’ casusluq müqabilində istifadəçilərə pul ödəyəcək

"Facebook" gizli şəkildə istifadəçilərə ayda 20 dollar ödəyir.
 
Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, bu məbləğ istifadəçilərə onlara nəzarət edən "Facebook Research" adlı VPN proqramından istifadəyə görə ödəniləcək.
 
 Məlumata görə, şirkət 2016-cı ildə 13-37 yaşlı İOS və Android istifadəçilər üçün tətbiqin yüklənməsini təklif edib.
 
"Facebook" proqramın məqsədinin auditoriyanın araşdırılması olduğunu qeyd etsə də, sosial şəbəkənin kəşfiyyat apardığı iddia edilir. Çünki hazırda sosial şəbəkənin öz rəqiblərinin məlumatlarına ehtiyacı var.
 
"Facebook Research"-ın yardımı ilə şirkət öz istifadəçilərinin şəxsi məlumatları - şəkil, video, internetdə axtarış tarixi, smartfona yükləmələr, sosial şəbəkədə şəxsi mesajlaşmalar, elektron məktublar, yerləşdikləri məkan və s. barədə hüdudsuz məlumatlar əldə edir.
 
Ekspertlər qeyd edir ki, "Facebook"-un bu davranışı sosial şəbəkə ilə Apple arasında münasibəti kəskinləşdirə bilər. Çünki "Facebook Research" iOS platformasının qaydalarını pozur.
 
Qeyd olunur ki, şirkətin rəhbəri Tim Kuk "Facebook"-un məlumatları toplama təcrübəsini tənqid edib.
 
2018-ci ilin avqustunda Apple şirkəti App Store-da "Facebook"-un digər VPN-xidməti olan "Facebook Onavo"-nu silib. Qeyd olunur ki, bu proqram da smartfon istifadəçilərinin məlumatlarını toplayırmış.
 

Google+ WhatsApp ok.ru