Əl-Həşduş Şəbi: ABŞ əsgərlərini işğalçı qüvvə kimi tanıyırıq

Əl-Həşduş Şəbi: ABŞ əsgərlərini işğalçı qüvvə kimi tanıyırıq

İraqın Əl-Həşduş Şəbi hərəkatı İraqda olan ABŞ əsgərlərini işğalçı qüvvə kimi tanıdıqlarını bildirib.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Əl-Həşduş Şəbi hərəkatının Neynəva əyalətindəki komandanlığı Amerikanın heç bir sözünə sadiq qalmadığını bildirib.
 
 “Amerikalı hərbçilərin İraqdakı əməliyyatları tamamilə görüntü xarakterlidir”, - deyən Əl-Həşduş Şəbi hərəkatı, Amerikanın Suriyadakı məğlubiyyətlərini ört-basdır etməyə cəhd etdiyini vurğulayıb.
 
Əl-Həşduş Şəbi Komandanlığı amerikalı əsgərləri işğalçı qüvvə kimi gördüklərini və İraq silahlı qüvvələrinin baş komandanının əmr verdiyi təqdirdə, dərhal bu qüvvələrə hücum edib, məhv etməyə hazır olduqlarını qeyd edib.
 

Google+ WhatsApp ok.ru