‘Həzrət Əbu Talib (ə); Böyük Peyğəmbərin (s) hamisi’ adlı beynəlxalq konfrans keçiriləcək 12 Fevral 2019 17:16 Xəbərlər Əhli-Beyt (ə) Beynəlxalq Asambeleyası ‘Həzrət Əbu Talib (ə); Böyük Peyğəmbərin (s) hamisi’ adlı beynəlxalq konfransda iştirak etmək üçün çağırış edib. Madie.Az “hawzahnews”a istinadla xəbər verir ki, konfrans Həzrət Məhəmməd (s) peyğəmbərin əmisi və hamisi Əbu Talibin şəxsiyyətinin tanınması və həyatının parlaq səhifəsinin cəmiyyətə çatdırılması məqsədi ilə keçiriləcək. Çağırışda tarix, əqaid, kəlam, rical, kitabşünaslıq, Ərəb ədəbiyyatı və digər sahələrdə araşdırmaq aparan şəxslər öz məqalələrini konfransın katibliyinə təqdim edə bilərlər. Əlavə məlumat üçün Əhli-Beyt (ə) Beynəlxalq Asambeleyasının rəsmi saytına müraciət etmək olar. Məqalələr aprelin 21-nə kimi göndərilməlidir. Konfrans cari ilin may ayında keçiriləcək. Teqlər : #‘Həzrət,#Əbu,#Talib,#(ə);,#Böyük,#Peyğəmbərin,#(s),#hamisi’,#adlı,#beynəlxalq,#konfrans,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Söyün Sadıqov həbs olunub Güclü qar Moskva yollarını iflic etdi