‘Suriya üçün yeni çirkli planlar hazırlayırlar’ - Ayətullah Xameneidən Bəşər Əsədə xəbərdarlıq 25 Fevral 2019 23:15 İslam lideri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər Tehranda səfərdə olan Suriya prezidenti Bəşər Əsədi qəbul edib. Maide.Az “leader.ir” saytına isitnadən xəbər verir ki, görüşdə Ayətullah Xamenei bildirib ki, Suriyanın qələbəsinin, eləcə də ABŞ və regiondakı əlaltılarının məğlub olmasının sirri Suriya prezidenti və xalqının dözümü və onların müqavimətindədir. Ali Rəhbər Suriya prezidenti və xalqını yeni hiylələr qarşısında ehtiyatlı olmağa çağırıb və bildirib ki, İran İslam Respublikası Suriya xalqına və dövlətinə yardımı müqavimət hərəkatına dəstək kimi görür və səmimi qəlbdən bununla fəxr edir. Ayətullah Xamenei İran İslam Respublikasının böhranın ilk günündən Suriya dövləti və xalqının yanında olduğunu bildirib və qeyd edib ki, Suriya xalqı öz dözümlülüyü və yardımı ilə ABŞ, Avropa və onların regiondakı müttəfiqlərindən ibarət böyük koalisiya qarşısnda müqavimət göstərə bildi və qələbə qazandı. “Suriyada müqavimət hərəkatının qələbəsi ABŞ-ı qəzəbləndirdi və onlar yeni çirkli planlar hazırlayırlar. Suriyada bufer zonanın yaradılmasına çalışmaq bu təhlükəli çirkli planlardan bir nümunədir. Bu istəyi qətiyyətlə qəbul etməmək və onun qarşısında durmaq lazımdır.” Ayətullah Xamenei ABŞ-ın İraq və Suriya sərhəddinə təsiredici rol oynamağa çalışmasının da çirkli planlardan daha bir nümunəsi olduğunu bildirib. “İran və Suriya arasında dərin strateji əlaqə mövcuddur. Müqavimət hərəkatının mahiyyəti və gücü davamlı əlaqəyə bağlıdır. Məhz bu səbəbdən düşmənlər öz planlarını həyata keçirə bilməyəcəklər”. Ayətullah Xamenei Suriya məsələsində düşmənlərin yalnış hesablama apardığından danışıb: “Düşmənlərin yalnışı bunda idi ki, Suriyanı bəzi ərəb ölkələri ilə səhv saldılar. Bir haldakı həmin ölkələrdə xalq hərəkatı müqavimət üçün və ABŞ və onların əlaltılarına qarşı idi.” Ali Rəhbər Suriya və İran din alimlərinin, eyni zamanda məzhəb əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayıb: “Siz elə bir müqavimət göstərdiniz ki, ərəb dünyasının qəhrəmanına çevrildiniz. Regionada müqavimət sizin vasitənizlə gücləndi və daha da çox etibar qazandı. İran İslam Respublikası keçmişdə olduğu kimi bu gün də Suriya xalqının yanında olacaq.” Sonda Ali Rəhbər Suriya xalqının uğuru və Bəşər Əsəd və onun ailəsinin sağlamlığı üçün dua edib. Teqlər : #‘Suriya,#üçün,#yeni,#çirkli,#planlar,#hazırlayırlar’,#Ayətullah,#Xameneidən,#Bəşər,#Əsədə,#xəbərdarlıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei işğalçı rejim İsrildən olan idmançı ilə qarşılaşmadan imtina edən şahmatçı ilə görüşüb - Foto Ayətullah Xamenei Əhli-Beyt (ə) məddahları, şairlər və söz ustadları ilə görüşüb - FOTO
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB