İƏT: 2018-ci ildə islamofobiya pik həddə olub

İƏT: 2018-ci ildə islamofobiya pik həddə olub

 2018-ci ildə müsəlmanlar əleyhinə ayrıseçkilik, zorakılıq və İslamofobiya özünün ən pik həddinə çatıb.

Maide.Az  IQNA-a istinadən xəbər verir ki, bunu İslami Əməkdaşlıq Təşkilatı (İƏT)  elan edib.

İƏT-nın İnsan Haqları Gözətçisi illik 12-ci hesabatında açıqlayıb: "Bəzi dövlətlərin radikal siyasi şəxsiyyətləri və ya partiyalarının İslama olan fobiyası həmin dövlətlərin siyasətinin ayrılmaz hissəsinə çevirilib. Həmin dövlətlərin radikalizmə qeyri-məntiqi yanaşması və reaksiyası cəmiyyətdə İslamofobiyanı formalaşdırır."

İƏT-nın 2018-ci ilin May ayından 2019-cu ilin Fevral ayınadək hazırladığı hesabatda deyilir: 2017-ci ildə müsəlmanlar əleyhinə ayrıseçkilik nisbətən azalsa da, 2018-ci ildə yenidən İslamofob dalğaları çoxaldı. Müsəlmanlar əleyhinə irqçilik və dini zəmində hücumlar nigaranedirici dərəcədədir. ABŞ-da və Avropa ölkələrində məscidlərə və İslami mərkəzlərə edilən hücumların sayı çoxalıb.

Yusif ibn Əhməd Əsimeyn (İƏT-nın Baş Katibi) İslami Əməkdaşlıq Təşkilatının 46-cı iclası üçün hazırladığı hesabatın əvvəlində yazıb: Bu təşkilat çalışır ki, dünyanı islamofobiya və müsəlmanlar əleyhinə zorakı siyasətlər barədə xəbərdar etsin. 

Google+ WhatsApp ok.ru