Əfqanıstanda daşqınlar nəticəsində azı 20 nəfər ölüb

Əfqanıstanda daşqınlar nəticəsində azı 20 nəfər ölüb

Əfqanıstanın cənubunda Qəndahar əyalətində baş verən daşqınlar nəticəsində azı 20 nəfər həlak olub.
 
Maide.Az "Azərtac"a istinadla xəbər verir ki,  daşqın nəticəsində Qəndahar şəhərinin bir hissəsi və ətraf ərazilər su altında qalıb.
 
Məlumata görə, 10 nəfər itkin düşüb, 2 minə yaxın evə ziyan dəyib.
 
Bildirilir ki, təbii fəlakət son 7 ildə baş verən ən güclü daşqındır.
 

Google+ WhatsApp ok.ru