Əlcəzairdə kütləvi etiraz aksiyası davam edir

Əlcəzairdə kütləvi etiraz aksiyası davam edir

Əlcəzairin  bir sıra şəhərlərində etiraz aksiyası yenidən vüsət alıb. Buna səbəb 82 yaşlı Əbdüləziz Buteflikin növbəti prezident seçkilərində iştirakı barədə elan etməsi olub. Bu barədə TSA xəbər verib.
 
«Əlcəzairin Annab, Becay, Buir, Bufarik, Guelma, Cicele, Skikda, Tizi-Uzu şəhərilərində nümayiş keçirilir. Etirazçılar Buteflikin prezidentlik müddətini 5-ci dəfə uzatma ehtimalına etiraz edərək, vətənpərvər mahnıları oxuyur, Əlcəzairin bayrağını dalğalandırır və hökumət əleyhinə şüarlar səsləndirirlər», - deyə məlumatda bildirilir.
 
Qeyd edək ki, Buteflikin özü reanimasiyaya yerləşdirilib. /FaktXeber /
 

Google+ WhatsApp ok.ru