Ən ucuz internetə sahib ölkələrin adları açıqlandı 06 Mart 2019 08:51 Maraq dünyası “Cable” şirkəti tərəfindən dünyanın ən ucuz internetinə sahib ölkələrinin adları açıqlanıb. Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, “Cable”ın siyahısında ilk yerdə Hindistan qərarlaşıb. Burada internetin aylıq qiyməti 0.26 dollar təşkil edir. Növbəti yerdə isə Qırğızıstan qərarlaşıb. "Cable"nin məlumatına görə, burada internetin qiyməti 0.27 dollar təşkil edir. Qazaxıstan isə siyahıda 3-cü yerdədir. Burada internetin aylıq qiyməti 0.49 dollardır. Ukrayna isə bu siyahıda 4-cü yerdə qərarlaşıb. "Cable"nin məlumatına görə, Ukraynada internetin aylıq qiyməti 0.51 dollardır. Teqlər : #Ən,#ucuz,#internetə,#sahib,#ölkələrin,#adları,#açıqlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Instagram’ın işində problem yaranıb Dünyada varlıların sayı ən çox bu ölkədə artıb - Hesabat