Əfqanıstanda prezidentliyə namizəd yaralanıb

Əfqanıstanda prezidentliyə namizəd yaralanıb

Martın 7-də Kabilin qərbində raket hücumunda prezidentliyə namizəd və rəqib namizədin 8 mühafizəçisi yaralanıb. Hadisə Taliban tərəfindən öldürülmüş tanınmış şiə liderinin anım mərasimində baş verib.
 
Mərasimə ölkənin bir sıra rəsmiləri, siyasi xadimləri yığışıb. Onlar 1995-ci ildə öldürülmüş etnik xəzər lideri Abdul Ali Mazari-ni anıblar.
 
Tədbir iştirakçıları sırasında ölkənin hökumət başçısı Abdullah Abdullah, xarici işlər naziri Salahuddin Rabbani, keçmiş prezident Hamid Karzai, prezidentliyə namizəd, keçmiş milli təhlükəsizlik müşaviri Hanif Atmar, prezidentliyə namizəd Latif Pedram, Hezb-i Wahadat partiyasının etnik xəzər lideri Mohammad Mohaqiq olub.
 
Əfqanıstan Milli Konqres Partiyasının rəhbəri Pedram Facebook səhifəsində yazıb ki, raket hücumundan kiçik yara alıb.
 
Atmarın sözçüsü onun səkkiz mühafizəçisinin yaralandığını deyib.
 
Daxili İşlər Nazirliyinin sözçüsünün deməsinə görə, hökumət qüvvələri şübhəli yaraqlıları mühasirəyə alıb. Onlar ərazini Kabilin şimal-şərqindən hədəfə alıblar.
 
Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru