‘Hello brother’

‘Hello brother’

Artıq bir neçə gündür ki, Yeni Zelandiyada məscidlərdə törədilən terror aktı barədə dünya ictimaiyyətində müzakirələr olur. Daha çox vurğulanan məsələ isə terror aktını törədən şəxsin "terrorçu" deyil "ruhi xəstə" adlandırılmasıdır. 

Çünki dünyada daha çox "müsəlman terrorçu" ifadəsi dolaşır. Lakin bu dəfə bir fakt bu deyilənləri alt-üst etdi. Belə ki, əlində avtomat məscidə gələn terrorçunun qarşısına çıxan ilk müsəlman ona "Hello brother" (Salam qardaş) deyə müraciət etdi. Bu son sözləri ilə də "qardaş" deyə xitab etdiyi şəxsin gülləsi ilə şəhid edildi. 
 
Buradakı incə məqam elə budur. Hətta onu öldürməyə gələn birinə belə "qardaş" deyə xitab edən müsəlman. Budurmu "terrorçu"?!
 
İslam əleyhinə aparılan antitəbliğat maşının elə özünün "müsəlman" cildinə saldığı terrorçu ilə "xristian" donuna girmiş terrorçunun eyni yerdən qidalandığı bəllidir. 
 
Terrorun dini olmur deyirlər. Amma ona din donunu biçənlər Allaha qarşı savaş açmış İblisin ordusudur. Bütün cəhdlərə baxmayaraq qurduqları hiylələrə qarşı Allahın da tədarükü daha güclüdür. Bircə "qardaş" sözü ilə...
 
Maide.Az 

Google+ WhatsApp ok.ru