‘Qərbin terroru ‘silahlı hücum‘ adlandırması vəhşi batininin göstəricisidir’ - Ayətullah Xamenei (FOTO)

‘Qərbin terroru ‘silahlı hücum‘ adlandırması vəhşi batininin göstəricisidir’ - Ayətullah Xamenei (FOTO)

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei bu gün İranın Məşhəd şəhərində İmam Rza (ə) ziyarətgahında on minlərlə zəvvar və ətraf şəhərlərdən gələn insanların qarşısında çıxış edib.

Maide.az xəbər verir ki, çıxışı zamanı  Ayətullah Xamenei  yeni günəş ilini (1398) imkanlar və problemlərin həlli ili adlandırıb. “Əlbətdə bəziləri  başqa cür düşünür və hədələyirlər. Bilərəkdən ya bilməyərəkdən bu xalqın düşmənlərinin təsiri altına düşüblər.  Ekspertlərdən bəzisi yeni ili hədələr ili kimi dəyərləndirir. Lakin mən  bunu qəbul etmirəm və yeni ili imkanlar və problemlərin həlli ili kimi görürəm.” 
 
Ayətullah Xamenei  qeyd edib ki, ötən ildə düşmənlər  səs-küy salırdılar və çalışırdılar  qorxu yaratsınlar. “Bir nömrəli axmaqlardan biri deyirdi ki, ABŞ əgər Hərtərəfli Birgə Fəaliyyət Planından çıxarsa İranda  üsyan olacaq. Xalq yeməyə çörək ala bilməyəcək.  Başqa bir axmaq isə deyirdi ki,  2019-cu ilin yeni il bayramını  amerikalılar Tehranda  keçirəcək”. 
 
Ölkənin  əsas probleminin  iqtisadi çətinliklər və insanların dolanışığının aşağı olması  olduğunu bəyan  edən Ayətullah Xameni bildirb ki, bunun bir hissəsi  ABŞ və Avropanın  sanksiyalarından qaynaqlanırsa, bir hissəsi də ölkə daxilindəki  nöqsanlar və idarəetmədəki zəifçilikdən irəli gəlir. “Sanksiyalar  bir fürsət ola bilər.  Bundan başqa  nöqsanları və zəif yerləri görməklə  gələcək illərdə idarəetməni daha da yaxşılaşdırmaq üçün  dəyərli təcrübə əldə etmiş olarıq. Ona görə bunların hər ikisini yeni fürsət və imkana çevirə bilərik”. 
 
Ayətullah Xamenei bildirib ki,  biz  sanksiyalara görə nalə etməməli və sanksiya tətbiq edənlərdən də çox şey  gözləməməliyik.  “Sanksiyalarla mübarizə layihələrini ciddi şəkildə  icra etməliyik.   Biz düşməni məğlub  etməklə yanaşı  önləmə işlərimizi də görməliyik.  Bəzən düşməni məğlub  edirsiz lakin düşmən yenidən hücuma keçmək üçün  fürsət axtarır. Bunun faydası yoxdur.  Biz özümüzü elə bir yerə çatdırmalıyıq ki, onların qarşısını önləsin. Düşmən hiss etsin ki, daha  ölkəmizə  iqtisadi  məsələlərlə  zərbə vura bilməyəcək.”
 
Qərb ölkələrinin yardımına göz dikməməyin zərurətindən danışan Ayətullah Xamenei bildirib ki, Qərb ölkələri göstərib ki, onlardan  xəyanət,  çirkli plan və arxadan xəncər zərbəsi gözləmək olar amma onlardan yardım və sədaqət gözləmək olmaz.
 
“Əlbətdə ölkədə bəziləri Qərbi  bəzəyir və qoymurlar ki, ölkə ictimaiyyəti  bu dövlətlərin nə qədər pis olduqlarını görsün.”
 
Ayətullah Xamenei bildirib ki, mənim bu sözümün anlamı bu  deyil ki,  qərb ölkələri ilə  əlaqəni kəsmək lazımdır. Mən həmişə  müxtəlif dövrlərdə  həmin ölkələrlə əlaqələri inkişaf etdirməyə təşviq etmişəm lakin  onlara etimad etmək olmaz və onların arxasıyca getmək olmaz. 
 
Ayətullah Xamenei bildirib ki, Qərb ölkələri və ABŞ  bu nəticəyə gəlib ki, əgər İran xalqı nəyisə iradə etsə  onu əldə edəcək. “Onlar  İran xalqının iradəsini zəyiflətməyə çalışır . Bu səbəbdən  milyardlarla dollar  xərcləyir ki, ölkə xalqının imanını və iradəsini zəiflətsin.  İslami Cəmiyyətin formalaşmasının qarşısını almağa çalışırlar”. 
 
 Ayətullah Xamenei ölkə büdcəsinin neftdən asılılığını  təbii ehtiyatlardan milli gəliri azaltmaqla mümkün olduğunu vurğulayıb və qeyd edib ki,  bu İran və oxşar ölkələrdə tək məhsul ixracatından və neftdən asılılıqdan  qurtara bilər və İranın ən böyük iqtisadi problemini həll edə bilər. 
 
Müdafiə sahəsində  İranın region ölkələri arasında  güclü bir dövlət olduğunu qeyd edən Ayətllah Xamenei bildirib ki,  düşmənlərimizin acığına müdafiə  gücümüzü daha da möhkəmləndirəcəyik.  “Düşmənlərimiz bilir ki,  İslam Respublikası  dəqiq hədəfi vuran raketlərlərlə  bu regionda hər bir düşmənlə  mübarizə apara bilər və onu məhv edər”
 
 
  Səudiyyə Ərəbistanını  zalım, pozucu və zülmkar ölkə adlandıran Ayətullah Xamenei  bildirib ki, mən Səudiyyə Ərəbistan dövləti kimi pis bir dövlət tanımıram. “Elan ediblər ki, bu ölkə üçün  nüvə stansiyası və raket istehsalı mərkəzləri tikəcəklər.  Orda bu işləri görməyin problemi yoxdur çünki  Qərb ölkələrinə bağlı və asılı bir ölkədir.  Hələ ki, yalnız elan ediblər, lakin əgər  Səudiyyə Ərəbistanında   nüvə stansiyası  və raket istehsalı mərkəzi tiksələr narahatçılığımız yoxdur,  yaxın gələcəkdə  bu mərkəzlərin hər ikisi İslam Mücahidlərinin əlinə keçəcək.”
 
Yeni Zellandiyada baş vermiş  terror hadisəsi və 50-dən çox müsəlmanın şəhid olmasından danışan Ayətullah Xamenei  bildirib ki,  bunun adı terror deyilmi?  Avropalılar və onların KİV-ləri  bunu terror adlandırmaqdan yayındılar.  Bu terrora silahlı hücum  adı verdilər.  Qərb ölkələrinin marağında olan bir şəxsə qarşı  hansısa hərəkət olarsa  orada  terrorizm və insan haqlarından dəm vururlar,  lakin  bu açıq – aşkar  terror hücumunu isə  terror adlandırmırlar. Bu onların vəhşi batininin göstəricisinə bir nümunədir. Bunlar belədirlər.

Google+ WhatsApp ok.ru