Əhli-beyt (ə) sevərlər üçün 4 dildə elektron kitabxana fəaliyyət göstərəcək

Əhli-beyt (ə) sevərlər üçün 4 dildə elektron kitabxana fəaliyyət göstərəcək

Türkiyədə ilk dəfə Əhli-beyt (ə) məktəbinə dair 300-dən artıq və ümumilikdə 1 milyondan çox kitab nəşr edən  “Kövsər” Nəşriyyatı elektron kitabxana layihəsinin icarasına başlayır. 
 
Maide.Az “on4haber” saytına istinadla xəbər verir ki,  elektron kitabxanadan dünyanın hər bir yerindən istifadə etmək mümkin olacaq.  
 
Sürətli axtarış etmə sisteminə malik olacaq elektron kitabxanada Ərəb,  Türk, Fars və İngilis dillərində  kitablar oxuculara təqdim olunacaq. 
 
Elektron kitabxananın saytında yer alan kitabların qiyməti  normal qiymətlərdən 80 faiz ucuz olacaq.  Bundan başqa  elektron kitabxananın kitablarından  komputer, tablet və telefondan da  istifadə etmək mümkin olacaq. 
 
Məlumata görə, e-kitabxananın  rəsmi saytı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. 
 
 

Google+ WhatsApp ok.ru