Suriya xalqı geniş miqyaslı etiraz aksiyası keçirib

Suriya xalqı geniş miqyaslı etiraz aksiyası keçirib

ABŞ prezidentinin Qolan təpələri ilə bağlı qərarı pislənib

Suriya xalqı ABŞ prezidenti Donald Tramp işğalçı İsrailin Qolan təpələri üzərində suverenliyini tanınmasına qarşı geniş miqyaslı etiraz aksiyası keçirib. 
 
Maide.Az xarici KİV-ə istinadən  xəbər verir ki, bu gün Suriyanın bir çox bölgələrində o cümlədən  Suida, Deir əl-Zur, Daraa və Qunayatra bölgələrində əhali  ABŞ prezidentinin  sionist rejimin işğal etdiyi ərazini “onun ərazisi” adlandırmasını sərt pisləyib və  Qolan təpələrinin Suriyaya aid olduğunu vurğulayıblar. 
 
Etiraz aksiyasında ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilib. Etirazçılar beynəlxalq ictimaiyyəti bu qanunsuzluq və özbaşınalığa qarşı çıxamaa çağırıb.  
 
Qeyd edək ki, Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı  İsrail rejimi  tərəfindən işğal edilmişdir. 1981-ci ildə sionist rejim Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.
 

Google+ WhatsApp ok.ru