Şəkidə qəssabların tətili davam edir!

Şəkidə qəssabların tətili davam edir!


İkinci gündür ki, Şəki bazarında ət satışı dayandırılıb. Səbəb ət kəsiminin Mirzə Fətəli Axundov adına parkın ərazisində yeni istifadəyə verilmiş sallaqxanaya yönəldilməsi, qəssabların isə buna etiraz etmələridir.

 Buna qədər Şəki bazarında bir gün ərzində 100-150 qoyunun əti satılırdı. Qəssabların bəzisi qoyunu özü kəsir, bəzisinin isə qoyunkəsən köməkçiləri bu işi görürdü, hər qoyun üçün 3 manat müqabilində. Mirzə Fətəli Axundov adına parkın ərazisində yeni istifadəyə verilmiş sallaqxanada isə bir qoyunun kəsilməsi 15-20 manata başa gəlir. İribuznu heyvanın orada kəsilməsinin qiyməti isə 45-50 manat civarındadır. 5 manat baytarın möhür vurmasına, 25 manat kəsməyə 25-30 manat isə digər xərclərə. Amma qəssablar buna da etiraz etmirlər, çek tələb edirlər, deyirlər, gətirin görək bizim ödədiyimiz pullar hansı hesaba daxil edilir. İddia edilir ki onlara çek verilmir, yalnız qeyri-rəsmi ödəniş etmələri tələb olunur.

Məlumat üçün az müddət əvvəl Şəki rayonuna yeni təyin olunmuş polis rəisinin sahibkarlara «haqq» qoyması da etirazlara səbəb olmuşdur. /bizimyol.info/

Google+ WhatsApp ok.ru