‘Ənsarullah’: ‘İngiltərənin Yəmənə yardım göndərməsi faciəvi silah satışı reallığını dəyişmir’

‘Ənsarullah’: ‘İngiltərənin Yəmənə yardım göndərməsi faciəvi silah satışı reallığını dəyişmir’

Yəmənin "Ənsarullah" hərəkatının yüksək səviyyli rəsmisi İngiltərə xarici işlər naziri Ceremi Hantı Səudiyyə Ərəbistanına ölümcül silah ixracının davam etdirdiklərinə görə tənqid edib.   

Yəmən Ali İnqilab Komitəsinin sədri Məhəmməd Əli Husi "The Guardian"a verdiyi müsahibəsibdə bildirib ki, İngiltərə Səudiyyə Ərəbistanına ölümcül silahları sataraq, Yəməndə sülhə vasitəçi ola bilməz:   

"İngiltərənin Yəmənə humanitar yardım göndərməsi faciəvi silah satışının reallığını dəyişmir. Ceremi Hant eyni zamanda silah satıcısı kimi sülh prosesinə təşviq edə bilməz". 

 Qeyd edək ki, bu ayın əvvəlində Almaniya, Səudiyyə Ərəbistanına silah satışını dayandırıb. Qərar Avropa tərəfdaşları, o cümlədən Fransa və İngiltərə də daxil olmaqla tənqid edilib.  /eastnews.org/ 

Google+ WhatsApp ok.ru