‘Skype‘ messencerində 50 nəfərdən ibarət qrup zəngləri

‘Skype‘ messencerində 50 nəfərdən ibarət qrup zəngləri

“Microsoft” korporasiyası messencerdə konfrans iştirakçılarının sayını 2 dəfə artırıb. 
 
Maide.Az  xarici KİV-lərə istinadla xəbər verir ki, indi “Skype” messencerində videokonfranslarda 50 istifadəçi ünsiyyət saxlaya bilər.  
 
50 nəfərdən ibarət qrup zəngi fərdi zəngdən bir qədər fərqlidir. Konfrans iştirakçılarına ümumi söhbətə qoşulmaq təklifindən ibarət bildiriş (zəngsiz və melodiyasız) göndəriləcək. Bundan başqa bütün dəvət edilmiş istifadəçilər videozəngə yalnız əvvəldə deyil, istənilən vaxt qoşula bilər.
 
Bu funksiya artıq bu gündən “Skype” proqramda əlçatandır.
 

Google+ WhatsApp ok.ru