Ərdoğan: İstanbulda bələdiyyə seçkilərinin nəticəsi ləğv edilə bilər 10 Aprel 2019 12:42 Dünya İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticəsi ləğv edilə bilər. Maide.Az Trend-ə istinadən xəbər verir ki,bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı bildirib ki, bunun səbəbi İstanbulda səsvermənin nəticəsinin saxtalaşdırılmasıdır. R.T.Ərdoğan bildirib ki, yeni seçkilərin keçirilməsi səsvermənin real yekun nəticəsinin əldə olunmasına kömək edəcək. Xatırladaq ki, bundan əvvəl hakim partiyanın İstanbul bölməsinin rəhbəri Bayram Şenocak İstanbulda seçkilərin nəticələrinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun xeyrinə saxtalaşdırılması ilə bağlı dəlillərə malik olduğunu bəyan edib. Ə.İmamoğlu seçkilərdə 4,159 milyon, AKP-nin namizədi Binəli Yıldırım isə 4,131 səs qazanıb. Teqlər : #Ərdoğan:,#İstanbulda,#bələdiyyə,#seçkilərinin,#nəticəsi,#ləğv,#edilə,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Britaniyanın Guardian qəzeti: ‘Məscidlrin dağıdılması: Uyğur müsəlmanlarının mədəniyyətini məhv etmək üçün sonuncu yol’ İranda helikopter qəzaya uğrayıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO