‘Hər bir təhdidə cavab verə biləcək gücümüz var’ - Həsən Nəsrullah

‘Hər bir təhdidə cavab verə biləcək gücümüz var’ - Həsən Nəsrullah

"ABŞ terrorizmin kökünün ən bariz nümunəsi Xirosima qətliamıdır."
 
Maide.Az “tasnimnews”a istinadən xəbər verir ki, bunu "Hizbullah" təşkilatının baş katibi Seyid Həsən Nəsrullah ötən gün Livanda “Qazilər günü” münasibətilə keçirilən tədbirdə deyib. 
 
ABŞ-ın İranın İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatlarının siyahısına daxil etməsinə münasibət bildirən Həsən Nəsrullah bildirib ki, İsrailin regionda maraqlarının qorunması naminə İslam ümmətinə zülm edilir. "Bunun başında dayanan ABŞ-dır. Müsəlmanları terrorçuluqda ittiham edən ABŞ elə terror qruplaşmalarını yaradır, onları dəstəkləyir. Amma buna qarşı çıxaraq işğal altındakı torpaqları və müqəddəs dəyərləri müdafiə edən insanları terrorçu adlandırır. Bu axmaqlığın və şərəfsizliyin özüdür. İran dövlətinin rəsmi qurumlarından biri olan və dünya ölkələri tərəfindən tanınan SEPAH-ın terrorçu təşkilatlar siyahısına salınması bütün beynəlxalq qanunlara zidddir."
 
Seyid Həsən Nəsrullah ABŞ-ın bu adımını qınayaraq SEPAH-ın yanında olduqlarını bəyan edib. "Qardaşlarımız və dostlarımızın yanındayıq. İnqilab Keşikçiləri, İslam Ümmətinə və bölgə xalqlarına xidmət edir. Onların yanında yer almaq bizim vəzifəmizdir."
 
Müqavimət qüvvələrinin əlində çox güclü kartların olduğunu qeyd edən "Hizbullah" rəhbəri ABŞ-ın bu addımına qarşı sərt reaksiya verəcəklərini də vurğulayıb. “Elə düşünməsinlər ki,  bu addımlar qarşısında susacaq, reaksiya verməyəcəyik. Hər bir təhdid qarşısında layiqli cavab da veriləcək.”
 
İşğalçı İsrail rejimində keçiriləcək seçkilərə toxunan H.Nəsrulalh Binyamin Netanyahonun  öz sağçı kabinetini  təşkil edəcəyi və Trampla yeni mərhələnin başlayacağı anonsunu da verib. "Yəqin ki, Tramp Netanyahuya yeni "hədiyyələr" təqdim edəcək. Amma bu bizim üçün o qədər də önəmli deyil. Çünki daha əvvəl olduğu kimi, ABŞ və sionist rejim yenidən məğlub olacaq. Çünki qarşıda onları daha pis yeni ümüdsizliklər gözləyir."

Google+ WhatsApp ok.ru