Şəban ayının ortasında (15 Şəban) çoxlu dua və tövbə edin ki....

Şəban ayının ortasında (15 Şəban) çoxlu dua və tövbə edin ki....

Şəban ayının ortasında (15 Şəban) çoxlu dua və tövbə edin ki, cəhənnəm odundan xilas olmaq üçün bir fürsətdir:

 

وَ بِهَذَا الْإِسْنَادِ قَالَ: سَأَلْتُ عَلِيَّ بْنَ مُوسَى الرِّضَا ع عَنْ لَيْلَةِ النِّصْفِ مِنْ شَعْبَانَ.

قَالَ هِيَ لَيْلَةٌ يُعْتِقُ اللَّهُ فِيهَا الرِّقَابَ مِنَ النَّارِ وَ يَغْفِرُ الذُّنُوبَ فِيهَا.

قُلْتُ هَلْ جُعِلَ فِيهَا صَلَاةٌ زِيَادَةً عَلَى سَائِرِ اللَّيَالِي.

فَقَالَ لَيْسَ فِيهَا شَيْ‏ءٌ مُوَظَّفٌ وَ لَكِنْ إِنْ أَحْبَبْتَ أَنْ تَطَوَّعَ فِيهَا بِشَيْ‏ءٍ فَعَلَيْكَ بِصَلَاةِ جَعْفَرِ بْنِ أَبِي طَالِبٍ وَ أَكْثِرْ فِيهَا مِنْ ذِكْرِ اللَّهِ عَزَّ وَ جَلَّ وَ مِنَ الِاسْتِغْفَارِ وَ الدُّعَاءِ. فَإِنَّ أَبِي ع كَانَ يَقُولُ الدُّعَاءُ فِيهَا مُسْتَجَابٌ.

قُلْتُ لَهُ إِنَّ النَّاسَ يَقُولُونَ إِنَّهَا لَيْلَةُ الصِّكَاكِ.

فَقَالَ ع تِلْكَ لَيْلَةُ الْقَدْرِ فِي شَهْرِ رَمَضَانَ.

Həsən ibn Əli ibn Fəzzal deyir ki, imam Rzadan (ə) Şəban ayının 15-ci gecəsinin fəziləti barədə soruşdum. İmam Rza (ə) buyurdu: “O elə bir gecədir ki, Allah-Taala həmin gecə insanları cəhənnəm odundan xilas edər və (tövbə edənlərin) günahları(nı) bağışlayar.”

O həzrətə (ə) ərz etdim: “Allah-Taala bu gecə başqa gecələrdən əlavə bir namaz da buyurubmu?”

İmam Rza (ə) buyurdu: Bu gecə üçün xüsusi bir namaz sifariş edilməyib. Amma istəsən, həmin gecə müstəhəb namaz qılasan, “Cəfər Təyyar” namazı qıl və bu namazın “təqibat”ında (namazdan sonrakı müstəhəb əməllər) çoxlu zikr et, dua et, “əstəğfirullahə rəbbi və ətubu iləyh” de. Çünki atam (imam Kazim (ə)) buyarardı ki, bu gecə (15 Şəban) dualar qəbul olunar.”

O həzrətə (ə) ərz etdim: Camaat deyir ki, bu gecə (15 Şəban) “sikak” gecəsidir.

İmam Rza (ə) buyurdu: Xeyr, “sikak” gecəsi Ramazan ayının “Qədr” gecəsidir".

Qeyd: “sikak” lüğətdə “kitab” və “sənəd” mənasındadır. Bu hədisdə məqsəd “insanın bu gecədən (Qədr gecəsindən) sonrakı bir ildə başına gələcəklər, ruzisi və s... hadisələr" yazılmış "tale (müqəddərat) kitab"ı mənasınadır. Bu hədisdə ravi imamdan (ə) soruşur ki, gələn bir il üçün "müqəddərat"ımız da bu gecədə yazılırmı. İmam (ə) isə bu məsələnin Qədr gecəsinə aid olduğunu buyurur.

İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı:

حَدَّثَنَا أَبِي رَحِمَهُ اللَّهُ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ إِدْرِيسَ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى قَالَ حَدَّثَنَا أَبُو جَعْفَرٍ أَحْمَدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ أَبِيهِ عَنْ وَهْبِ بْنِ وَهْبٍ عَنِ الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عَنْ أَبِيهِ ع قَالَ: كَانَ عَلِيٌّ ع يُعْجِبُهُ أَنْ يُفَرِّغَ نَفْسَهُ أَرْبَعَ لَيَالٍ مِنَ السَّنَةِ أَوَّلَ لَيْلَةٍ مِنْ رَجَبٍ وَ لَيْلَةَ النَّحْرِ وَ لَيْلَةَ الْفِطْرِ وَ لَيْلَةَ النِّصْفِ مِنْ شَعْبَانَ.

“Əli ibn Əbi Talib (ə) özünü ilin 4 gecəsində ətraf mühitdən təcrid edərdi: Rəcəb ayının 1-ci gecəsi, Qurban bayramı gecəsi, Fitr bayramı gecəsi və Şəban ayının 15-ci gecəsi.”

Mənbə: “Fəzailu əşhuris-səlasə”, Şeyx Səduq – Əbu Cəfər Məhəmməd ibn Babəvəyh Qummi (306-381 h.q), “Fəzailu şəhri-Şəban” bölümü.

Mütərcim: Mirməhəmməd Bəşir (Maide.Az)

Google+ WhatsApp ok.ru