Əqsa məscidində yanğın baş verib

Əqsa məscidində yanğın baş verib

Ötən gecə “Əqsa” məscidinin şərqində Mərvani namazgahında yanğın baş verib. 
 
Maide.Az xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər  cəlb olunb və qısa zamanda söndürülüb. 
 
Mərvani Əqsa məscidinin cənub-şərq hissəsinin altında yerləşir. Cənub və şərq divarları Əqsa məscidi divarlarıyla birləşir və Köhnə Şəhər ərazisinin qala divarlarını yaradır.
 
Əl-Mərvani namazgahı dörd hektar ərazidən ibarədir və Əqsa məscidindəki ən böyük üstü örtülü namaz qılma yeridir.
 
Fələstin lideri Mahmud Abbas yanğını və müqəddəs məkanların hədəfə alınmasını pisləyib. 
 
 
 

Google+ WhatsApp ok.ru