Ənsarullah: 'Ərəb rejimləri Fələstin məsələsinin yatması üçün çox tələsir'

Ənsarullah: 'Ərəb rejimləri Fələstin məsələsinin yatması üçün çox tələsir'


Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam bir çox ərəb rejiminin Fələstin məsələsinin ortadan qalxması üçün sionist düşməndən daha çox tələsdiyini bildirib.
 

Maide.Az "Deyerler.org"-a istinadən xəbər verir ki, Fələstinin son vəziyyətini qiymətləndirən Məhəmməd Əbdüs-Salam, belə deyib: “Fələstinin bir çox ərəb rejimi üçün bir çətinlik yaratdığına və Fələstin problemini aradan qaldırmaq üçün düşməndən daha çox tələsdiklərinə inanırıq”.

Həll yolunun Fələstin xalqının əlində olduğunu qeyd edən Ənsarullahın sözçüsü, belə davam edib: “Fələstini yenidən silahlandıracaq və milli barışığı təmin edəcək cəsarətli bir rəhbərə ehtiyac var. Ölkələri üçün heç bir xeyri olmayan və ABŞ-a bağlı rejimlərlə hərbi şəxslərə güvənmək olmaz. Haqq və hüquq yalnız Allah ilə xalqa güvənərək alınır. Ərəb milləti Fələstin xalqını tək qoymayacaq. Həmişə olduğu kimi, Fələstinin sükanı Fələstin xalqının əlindədir və gələcəkdə də belə olacaq”.

 

Google+ WhatsApp ok.ru