‘Samsung’un qatlanan telefonunda ekran problemi

‘Samsung’un qatlanan telefonunda ekran problemi

Aprel ayının ortalarında Samsung şirkəti "Samsung Fold" qatlanan ekranlı telefonunu BBC də daxil olmaqla, bir sıra beynəlxalq media qurumuna sınaq üçün göndərib.
 
Ancaq olsa bilsin, indi buna peşmandır.
 
Jurnalistlər sınaqdan keçirdikləri telefonlarda ekran problemiylə üzləşiblər. Onların böyük əksəriyyəti bir neçə günlük istifadədən sonra ekranın tamamilə pozulduğunu bildirib.
 
 Mark Gurman ve Deiter Bohn-un üzləşdiyi problem ekranın üzərindəki qoruyucu təbəqəni çıxarmalarından qaynaqlanıb.
 
Bu təbəqələr yeni telefonların çoxunda var. İstifadəçilərin çoxu onları qoparır. Ancaq "Samsung Fold"un ekranındakı təbəqəni çıxarmaq olmazmış.
 
Steve Kovach təbəqəni çıxarmadığı halda ekranda problem olduğunu və bununla bağlı "Samsung"dan hələ cavab gəlmədiyini bildirib.
 
Qiyməti 2 min dollar (təxminən 3400 m) olan bu telefon mütəxəssislərin əlində belə tez sıradan çıxıbsa, kütləvi istifadə zamanı daha çox problem yaranması ehtimalı böyükdür.  /bbc /
 

Google+ WhatsApp ok.ru