’Şeyx Zəzaki təcili müalicə edilməlidir‘ – Beynəlxalq təşkilat

’Şeyx Zəzaki təcili müalicə edilməlidir‘ – Beynəlxalq təşkilat

İslam İnsan Haqları Komissiyasının (IHRC) bir qrup həkim və üzvləri  Nigeriya müsəlmanlarının lideri  və hazırda  həbsdə olan  Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşına baş çəkib. 
 
Maide.Az “ihrc” rəsmi saytına istinadən xəbər verir ki, həkimlər  66 yaşlı Şeyx Zəkzakini müayinə edib.  
 
İHRC həkimlərinin ilkin müayinəsinin nəticəsinə görə, Şeyx Zəkzaki və onun həyat yoldaşı təcili  həkim nəzarəti ilə  müalicə almalıdır.  Həkimlər ümid edirlər ki, hökumət bir neçə gün ərzində  buna izn verəcək. 
 
IHRC səlahiyyətliləri hökumət rəsmiləri ilə  danışıqlar apardıqlarını və onların mövqeyini dəyişmək üçün bütün imkanlardan istifadə edəcəklərini bildiriblər. 
 
Qeyd edək ki, 2015-ci ildə Peyğəmbərin (s) mövludu günündə Nigeriya ordusu Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zakzakinin evinə və evinin yaxınlığındakı Bəqiyətullah Hüseyniyyəsinə hücum edərək 1000 nəfərə yaxın insanı qətl etmiş və daha yüzlərə insanı həbs etmişdi. Şeyx Zakzaki də yaralanaraq həbs edilmişdi. O, 2015-ci ildən  həyat yoldaşı ilə birlikdə qanunsuz olaraq həbsdə saxlanılır.
 

Google+ WhatsApp ok.ru