​ÜST-dən daha bir qızılca xəbərdarlığı

​ÜST-dən daha bir qızılca xəbərdarlığı

Bu ilin ilk iki ayı ərzində Avropada 34 mindən artıq adam qızılca xəstəliyinə yoluxub. Daha çox yoluxma halları Ukraynada baş verib.
 
Maide.Az "azadliq.org" aistinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın 7-də hökumətləri zəif qrupları vaksinasiya etməyə çağırıb.
 
Hazırda qızılca Ukraynada epidemiya halına çatıb, Rumıniya və Albaniyada da eyni durumdur. ÜST epidemiyanın yayıla biləcəyini deyir.
 
“Vaxtında və hərtərəfli reaksiya verilməsə, virus daha çox fərdə, əlavə ölkələrə yayılacaq”, – bəyanatda vurğulanır.
 
“Uşaqların, gənclərin və böyüklərin peyvənd olunması üçün hər bir imkandan istifadə olunmalıdır”, – qurum bildirir.
 
Yüksək səviyyədə yoluxucu olan qızılca hazırda Birləşmiş Ştatların, Filippin, Tailand kimi ölkələrdə də yayılmaqdadır.
 
Avropada isə bu ili qızılca hallarının 25 mini Ukraynanın payına düşür.
 

Google+ WhatsApp ok.ru