​Facebook Canlı funksiyasını məhdudlaşdırır

​Facebook Canlı funksiyasını məhdudlaşdırır

Facebook Inc mayın 14-də bildirib ki, canlı yayım funksiyası (Live) ilə bağlı qaydaları sərtləşdirir.
 
Martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində bir silahlı iki məsciddə 51 nəfəri öldürən zaman Facebook-da canlı yayım da aparmışdı.
 
Sosial şəbəkə bildirir ki, Facebook Live-dan istifadəni daha öncə sosial şəbəkənin qaydalarını pozmuş adamlar üçün məhdudlaşdırır.
 
Qaydaları birinci dəfə pozanlar Live-dan müəyyən müddət istifadə edə bilməyəcəklər.
 
Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern bu dəyişikliyi alqışlayıb. O, internetdə zorakılığın yayılmasını önləmək məqsədilə “Kraystçerç Çağırışı” adlı təşəbbüs gerçəkləşdirir.
 
Ardern bu gün Parisdə Fransa Prezidenti Emmanuel Macron-la görüşəcək. Məqsəd dünya liderləri və texnologiya şirkətləri rəhbərlərinin onlayn zorakılığın ləğvi üzrə öhdəliyi imzalamasıdır.
 
Toplantıda Facebook, Alphabet Inc’s Google, Twitter və digər texnologiya şirkətlərinin təmsilçiləri də qatılacaq. Facebook rəhbəri Mark Zuckerberg-in iştirakı gözlənilmir. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru