Əfqanıstanda 17 polis öldü, 14-ü yaralandı

Əfqanıstanda 17 polis öldü, 14-ü yaralandı

Əfqanıstan hökuməti yanlış aviazərbələr nəticəsində 17 polisin həlak olması barədə xəbər yayıb.
 
Maide.Az Trend-ə istinadla xəbər verir ki,  Gilmənd vlayətində "Taliban" terror təşkilatı ilə mübarizə çərçivəsində silahlı birləşmələri məhv etmək planında yanlışlığa yol verilib. Səhv hücumlar nəticəsində daha 14 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığı bildirilir.
 
Aviazərbələrin Əfqanıstan Hərbi Hava Qüvvələri və ya koalisiya qüvvələri tərəfindən endirildiyi hələ məlum deyil.
 
Vilayət qubernatoru araşdırma başladığını deyib.
 

Google+ WhatsApp ok.ru